ASAN Radio Şuşadan səsləndi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ASAN Radio Şuşadan səsləndi - VİDEO

15:58 - 12 / 11 / 2020
ASAN Radio Şuşadan səsləndi - VİDEO

ASAN Radio işğaldan azad olunan Şuşada ilk Azərbaycan radiosu kimi səsləndirilib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərində artıq operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

Xatırladaq ki, ASAN Radio Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il ASAN Radionun fəaliyyətinin 5 ili tamam olur.

Qafar Ağayev

Paylaş:
1134

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər