Bakıda küçələr həftəsonu dezinfeksiya ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda küçələr həftəsonu dezinfeksiya ediləcək

10:56 - 13 / 11 / 2020
Bakıda küçələr həftəsonu dezinfeksiya ediləcək

Həftəsonu Bakıda küçələr dezinfeksiya ediləcək .

Paytaxtın kommunal strukturlarından 1news.az-a verilən məlumata görə, son günlərdə Covid-19-a yoluxanlarının sayında artımin olması nəzərə alınaraq noyabr ayının 14 və 15-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

Qafar Ağayev

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər