Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7137, ötən müddət ərzində isə ümumilikdə 1523221 test aparılıb.
Bu gün Azərbaycanda daha 1395 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 77083 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir.
Qafar Ağayev
481