“Multikultral dəyərlərə təcavüz” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Azərbaycanda əsrlər boyu multikultural dəyərlər, millətlərarası və dinlərarası münasibətlər sahəsində ənənələr mövcud olub. Tarixən, bütün xalqlara, milli azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.
Multikulturalizm Azərbaycanın dövlət siyasətinin bir hissəsi olmaqla bərabər, həm də xalqımızın həyat tərzinə çevrilib. Belə ki, Azərbaycan çoxmədəniyyətli bir dövlət olub. Keçmiş dövrlərdən bəri burada müxtəlif xalqların (avarlar, talışlar, ləzgilər, udinlər və s.), dinlərin nümayəndələri əsrlər boyu dinc və mehriban, sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Ulu öndər Heydər Əliyev deyirdi ki, “Azərbaycan müxtəlif millətlərin, xalqların dinc və yanaşı yaşadığı ölkədir”. Həmçinin, ölkəmizdəki bu tolerant mühiti, dövlətimizin apardığı multikulturalizm siyasətini ölkəmizə gələn xarici qonaqlar və turistlər yüksək dəyərləndirirlər. Bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdən biri Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olmasıdır.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Multikultral dəyərlərə təcavüz” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları ilahiyyatçı Hacı Şahin Həsənli, Multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kultroloq Vüsalə Məmmədzadə və “Mənəvi Dəyərlərin Təbliği” Fondunun rəhbəri Mehman İsmayılov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:
S.Xankişiyeva