Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib

17:43 - 20 / 11 / 2020
Təhsil naziri “Microsoft” korporasiyasının rəhbərləri ilə videokonfrans keçirib

Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-prezidenti Anthony Salcito və korporasiyanın Avropa üzrə regional təmsilçiləri ilə işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi məsələsini müzakirə edib.

1news.az-ın məlumatına görə, E.Əmrullayev "Microsoft" korporasiyasının təmsilçiləri ilə videokonfrans zamanı Azərbaycanda qısa müddət ərzində yaradılmış və ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb” layihəsinin uğurlu nəticələri, layihə çərçivəsində əməkdaşlığın genişləndirilməsi və sistemdə toplanılan məlumatlar əsasında təhsil sahəsində qərarvermənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycanın distant təhsil sahəsində təcrübəsinin digər ölkələrlə bölüşülməsi də müzakirə mövzusu olub.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni qurulacaq təhsil müəssisələrində müasir texnologiyaların tətbiqi, “Microsoft” məzmunun müəllimlərin ixtisasartırılması və hazırlanmasında tətbiqi, süni intellekt və bulud texnologiyalarının tətbiqi, valideynlər üçün distant təhsil üzrə təlimlərin təşkili, “Microsoft” lisenziyalaşdırması üzrə növbəti illərdə şirkətlə əməkdaşlıq mövzuları müzakirə olunub.

Qafar Ağayev

Paylaş:
483

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər