Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.
Qafar Ağayev
571