Sahibə Qafarova Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik etdi

10:56 - 25 / 11 / 2020
Sahibə Qafarova Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqını təbrik etdi

Milli Məclisin spikeri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.

1news.az-ın məlumatına görə, S.Qafarova bildirib ki, bu gün şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcərə daxil olub:

“Bununla da Azərbaycan Resbublikası BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu. Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan.

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”.

Qafar Ağayev

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər