Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır - FOTO

16:52 - 27 / 11 / 2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır - FOTO

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

Bu barədə 1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qafar Ağayev

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər