Noyabrın son gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Noyabrın son gününə olan hava proqnozu açıqlanıb

13:42 - 29 / 11 / 2020
Noyabrın son gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti noyabr ayının 30-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  75-85 faiz olacaq. 

Noyabrın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-7,  gündüz 8-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-3 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 30-da Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1news.az

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər