Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı

18:28 - 29 / 11 / 2020
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

FHN-dən 1news.az-a verilən məlumata görə, axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

S.Xankişiyeva

 

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər