Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi

11:52 - 29 / 11 / 2020
Bayrağa hörmətsizlik etmiş BDU tələbəsi üzr istədi

Son günlərin əsas gündəm hadisəsinə çevrilən, onlayn dərs zamanı bayrağa hörmətsizlik etmiş Bakı Dövlət Universitetinin (BDU) I kurs tələbəsi Pərviz Məhəmmədov səhv etdiyini etiraf edib.

"Mexanika-riyaziyyat" fakültəsinin tələbəsi onlayn dərs zamanı yaşlı müəllimə və eləcə də bir neçə həftə əvvəl tyutora qarşı etdiyi hörmətsizliyinə görə üzr istəyib.

Qeyd edək ki, BDU məlum videonun yayılmasından sonra tələbənin ali təhsil ocağından xaric olunduğunu bildirmişdi.

1news.az

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər