Şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi

16:36 - 02 / 12 / 2020
Şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verildi

Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb.

ABA-dan 1news.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır.

Azərbaycan Banklar Assosiasiyası olaraq bir daha bəyan edirik ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıqları və Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul etmişlər:

1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;

4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;

5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

Bildiririk ki, Azərbaycan Banklar Assosiasiyasına üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.

Hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik.

Azərbaycan bank icması hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər".

Qafar Ağayev

Paylaş:
561

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdüBu gün, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilibBu gün, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEOBu gün, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olubBu gün, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaqBu gün, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edibBu gün, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayırBu gün, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEOBu gün, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilirBu gün, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilibBu gün, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaqBu gün, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunubBu gün, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcəkBu gün, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTOBu gün, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45
Bütün xəbərlər