Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib

16:49 - 03 / 12 / 2020
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib

Ödəniş xidmətləri üzrə operatorlar və ödəniş xidməti təchizatçıları tərəfindən daha əlverişli tarif siyasətlərinin tətbiq edilməsi, habelə istehlakçılar və təsərrüfat subyektləri üçün ödəniş xidməti haqlarının optimallaşdırılması istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən davamlı infrastruktur və təşviqat tədbirləri həyata keçirilir və onların icrası daim diqqət mərkəzində saxlanılır.

AMB-dən 1news.az-a verilən məlumata görə, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan "birgə bankomat şəbəkəsi" Mərkəzi Bank tərəfindən operatorluğu həyata keçirilən Banklararası Kart Mərkəzinin imkanlarından istifadə edilərək yaradılıb. Bu məqsədlə 11 bankın ("AccessBank", "AFB Bank", "Azər-Türk Bank", "Bank of Baku", "Expressbank", "Günay Bank", "TuranBank", "Unibank", "Yelo Bank", "Yapı Kredi Bank Azərbaycan", "Ziraat Bank Azərbaycan" və "Azərpoçt" MMC-nin mövcud bankomat şəbəkələrindən birgə istifadə ilə bağlı kollektiv saziş imzalanıb.

Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət "birgə bankomat şəbəkəsi"ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək.

Gələcəkdə "birgə bankomat şəbəkəsi"nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək.

Qafar Ağayev

Paylaş:
534

Son xəbərlər

Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilir14 / 05 / 2024, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib14 / 05 / 2024, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq14 / 05 / 2024, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB14 / 05 / 2024, 15:38
Bütün xəbərlər