Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb

15:41 - 04 / 12 / 2020
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terror aktlarından yazıb

Jurnalist Əli Zülfüqaroğlu, və tədqiqatçı ekspert Elnur Eltürkün  həmmüəllifliyi ilə Özbəkistanın http://www.interpress.uz informasiya agentliyində “Ermənistan Qarabağda bəşəri cinayət törədir” başlığı və “ekoloji terror aktları təbiətə ciddi ziyan vurur” yarımbaşlığı ilə yazı dərc olunub.

1news.az xəbər verir ki, yazıda Ermənistanın vətən müharibəsi dönəmində mülki əhaliyə qarşı törətdiyi terror aktlarından bəhs edilir. Bundan başqa Ermənistanın  Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinə raket zərbələri endirməsi nəticəsində uşaqlar və qadınlar daxil olmaqla mülki əhalinin qətlə yetirilməsi, evlərin və digər obyektlərin dağıdılması özbəkistanlı oxucuların diqqətinə çatdırlır. Həmçinin savaş bitəndən, Ermənistan kapitulyasiyaya imza atandan sonrakı dönəmdə ermənilərin boşaltıqları rayonlarda evləri yandırması, heyvanları vəhşicəsinə öldürməsi, meşələrə od vurması, talan etməsinə, törədilən ekoloji terrorla bağlı faktlara geniş yer verilir.

Yazıda Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda dünya və yerli əhəmiyyətli tarixi abidələrin, muzeylərin soyğuna məruz qalması, həmçinin infrastruktura ciddi zərər verilməsi, məktəblərin, xəstəxanaların yerlə yeksan edilməsi, yaşayış evlərinin sökülərək Ermənistana daşınması diqqətə çatdırlır. Eyni zamanda qeyd olunur ki, Ermənistanın təzavüzü nəticəsində dəyən maddi ziyanın ilkin hesablamalara görə, 800 milyarddan çoxdur, bu rəqəm getdikcə artır və Ermənistanın təzminat ödəməli olduğu vurğulanır: “Bunlar təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş terror aktıdır. Bu gün dünyada çoxsaylı münaqişə ocaqları mövcuddur. Bu səbəbdən də Ermənistanın mülki əhaliyə və ekoloji mühitə qarşı törətdiyi bu terror aktı çox təhlükəli tendensiyadır. Ona görə də bu cür vəhşiliklərin davam etməməsi, digər yerlərdə də presedent yaratmaması üçün beynəlxalq ictimaiyyət, xüsusilə xarici media buna duyarsız qalmamalıdır. Bu hadisənin daha çox işıqlandırılmasına, həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına ciddi ehtiyac var...”.

Yazıya bu linkdən daxil olmaq mümkündür:

http://www.interpress.uz/?p=3566&fbclid=IwAR0AHAoAH6aewhtMGLFz9zq-eH2JXIX2kSjgfJs7_wSsupdkJFmU7HvCtgI

Qafar Ağayev

Paylaş:
732

Son xəbərlər

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35
Bütün xəbərlər