Bu gün Azərbaycanda daha 4267 nəfər koronavirusa yoluxdu - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda daha 4267 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

15:55 - 04 / 12 / 2020
Bu gün Azərbaycanda daha 4267 nəfər koronavirusa yoluxdu - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə  138000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83800 nəfər müalicə olunaraq sağalıb,  1551 nəfər vəfat edib, aktiv xəstə sayı 52649 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15808, ötən müddət ərzində isə ümumilikdə 1797026 test aparılıb.

Qafar Ağayev

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər