AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı | 1news.az | Xəbərlər
Cəmiyyət

AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı

14:30 - 05 / 12 / 2020
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı

Dəyərli əməkdaş kimi bizim xatirələrimizdə,

Əsgər, vətən övladı kimi bizim ürəklərimizdə hər zaman yaşayacaqsan!

Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı mütəxəssislərin ordu sıralarına çağrılması prosesinə “AzəriMed” QSC-nin əməkdaşları da dərhal böyük ruh yüksəkliyi və mütəşəkkilliklə qoşulmuşdular. Qısa müddət ərzində şirkətimizin ayrı-ayrı bölmələrindən, ümumilikdə 48 əməkdaş könüllü və rəsmi çağırışçı kimi səfərbər olunaraq ordu sıralarına, hərbi hissələrə yola düşdülər.

“AzəriMed” QSC daimi olaraq döyüşlərdə iştirak edən əməkdaşları ilə əlaqə saxlayır və maraqlanır, ailələrinə və yaxınlarına isə qayğı göstərir, dəstək durmağa çalışır. Şirkətin bu təşəbbüsü hətta müharibə bitdikdən sonra da davam edir. Hər bir əməkdaşımızdan aldığımız xoş xəbər bizə  sevinc və  qürur hissi bəxş edir.

Lakin Vətən müharibəsi itkisiz olmur...

Döyüşlər başlayan gündən ordu sıralarına çağrılan İlkin Ağakişiyev də  “AzəriMed” QSC-nin dəyərli və doğma üzvlərindəndir. Müharibə bitdikdən sonra ondan xəbər almaq mümkün olmadı, doğma kollektivi, ailəsi, yaxınları hər saat, hər gün onun haqqında məlumat gözləyirdi. Bu günlərdə  gələn xəbər isə şirkətin hər bir əməkdaşını üzdü…

Ağır döyüşlərdə iştirak edən İlkin, vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır. İlkin hər zaman AzəriMed QSC  kollektivinin qəlbində dəyərli, doğma, igid və cəsur əməkdaş kimi yaşayacaqdır.

Allah Sənə Rəhmət eləsin!

Şəhadətin mübarək, İlkin!

AzəriMed QSC kollektivi səninlə fəxr edir, qürur duyur!

1news.az

Paylaş:
1890

Son xəbərlər

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 10:20Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:21Azərbaycan nefti ucuzlaşmaqda davam edirBu gün, 09:18Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:11Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:09Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıbBu gün, 09:05Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:58Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59
Bütün xəbərlər