Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

19:35 - 05 / 12 / 2020
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

17 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

S.Xankişiyeva

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər