COVID-19 pandemiyası ilə bağlı rəsm müsabiqəsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 pandemiyası ilə bağlı rəsm müsabiqəsi keçiriləcək

15:43 - 06 / 12 / 2020
COVID-19 pandemiyası ilə bağlı rəsm müsabiqəsi keçiriləcək

Gənclər və İdman Nazirliyi 14-29 yaşlı gənc rəssamları COVID-19 pandemiyasi ilə bağlı dekabrın 7-25-də keçiriləcək rəsm müsabiqəsində iştirak etməyə dəvət edir.

Nazirlikdən 1news.az-a bildirilib ki, adları dekabrın 29-da elan ediləcək qaliblərə nazirlik tərəfindən diplomlar təqdim olunacaq. Bununla yanaşı l yerin qalibinə 500 manat, ll yerin qalibinə 300 manat, lll yerin qalibinə isə 200 manat pul mükafatı veriləcək.

Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.3 (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) bəndini rəhbər tutaraq və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1 (gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri infeksion xəstəliklərin profilaktikası sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) bəndinin icrasını həyata keçirilməsi məqsədilə təşkil edilir.

Qafar Ağayev

 

Paylaş:
588

Son xəbərlər

Bütün xəbərlər