Ermənistan XİN rəhbəri sabah Moskvaya səfər edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan XİN rəhbəri sabah Moskvaya səfər edəcək

16:21 - 06 / 12 / 2020
Ermənistan XİN rəhbəri sabah Moskvaya səfər edəcək

Ermənistan xarici işlər naziri Ara Ayvazyan 6-7 dekabr tarixlərində Moskvada işgüzar səfərdə olacaq.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi səfər zamanı iki ölkənin xarici işlər nazirlərinin görüşündə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabrda imzaladıqları bəyanatın reallaşdırılması ilə bağlı məsələlərin xüsusi diqqət mərkəzində olacağını açıqlayıb.

1news.az

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər