Səninlə fəxr edirik, ata! | 1news.az | Xəbərlər
Cəmiyyət

Səninlə fəxr edirik, ata!

11:40 - 06 / 12 / 2020
Səninlə fəxr edirik, ata!

Bu günlər müstəqillik dövrümüzün ən yeni tarixini - Zəfər tariximizi yaşayırıq. Noyabrın 8-də qədim, əzəli Şuşa şəhərimiz işğaldan azad edilməklə Böyük Qələbəmiz naminə sentyabrın 27-dən başlanan 44 günlük Vətən Müharibəsi sona yetdi. Bununla da Azərbaycanda 30 ilə yaxın bir dövrü əhatə edən işğala son qoyuldu və Qarabağ bölgəsi erməni faşistlərinin əsarətindən xilas edildi.

Zəfər tariximizi vərəqlədikcə ruhum, əhvalım təzələnir, elə bil qanad açıb uçmaq keçir könlümdən. Böyük Sovetlər birliyinin vətəndaşı olarkən minbir həvəslə jurnalist peşəsini seçmişdim, heç xəyalıma gəlməzdi ki, haçansa əynimə hərbi forma geyinib 26 il sərasər ordudan, hərbçilərdən yazacam. 1993-cü ildən üzü bəri birinci Qarabağ savaşının cəbhələrini dolaşdım, cəbhə xəttində ard-arda hərbi uğursuzluqlarımızdan, məğlubiyyətimizdən, sərhəd rayonlarımızın, Qarabağın işğalından xəbər tutunca uşaq kimi sarsıldım. Amma hər dəfə səngərlərdə rastlaşdığım mətin, qəhrəman oğullarla tanış olanda, mənəvi dəyərlərimizə, millətimizə, yurdumuza bağlılıqlarını duyanda sanki içimdə bir xoşbəxtlik baş qaldırırdı. Yusif Mirzəyev, Əlif Hacıyev, Əliyar Əliyev, Şirin Mirzəyev kimi şəhid qəhrəmanlarımızın yeni davamçılarının yetişəcəyinə və bir gün torpaqlarımızı düşmən əsarətindən xilas etmək üçün haqq savaşına atılacağını düşünürdüm. Elə Qarabağ bölgəsindən hazırladığım bütün yazılarımın da ana xəttini bu həsrət, istək bürüyürdü. Ustad müəllimlərimiz deyərdi ki, hansı mövzuda yazırsansa yaz, qoy həmişə içində bir inam adlı qüvvə olsun.

2016-cı ilin aprel döyüşlərindən sonra Füzuli bölgəsinə yolum düşmüşdü, komandirin məsləhəti ilə yenicə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə də baş çəkdik. Məktəbə də getdik, müəllimlərlə, şagirdlərlə görüşdük. Yadımdadı, 9-cu sinifdə 13 oğlan şagird təhsil alırdı, qəflətən onlara sual verəndə ki, kim hansı peşənin sahibi olacaq, onda 8 nəfər əlini qaldırıb hərbçi olacağını demişdi. Aralarında bir şəhid övladı vardı, qürurlu danışırdı, deyirdi ki, Qarabağımız işğaldan azad edilməyincə hamımız bir nəfər kimi döyüşçü olmalıyıq, torpaqlarımızı işğalçılardan təmizləmək üçün bir gün başlanacaq zəfər savaşına atılmalıyıq. Və həmin gün kəndin bir kənarında salınmış Şuşa məscidinə həsrətlə boylandığımı görən komandir də əlini çiynimə qoyub demişdi: Darıxma, dostum, bir gün biz bir yumruq kimi birləşib Ali Baş Komandanımızın bircə əmri ilə Şuşanı, Kəlbəcəri, Laçını, Füzulini, Cəbrayılı, Zəngilanı azad edəcəyik. Onda tək sənin, mənim yox, bütün millətimizin, xalqımızın həsrətinə son qoyulacaq.

Nəhayət tarixi bir gün yetişdi, sentyabrın 27-də Azərbaycan Ordusunun cəbhə xəttindəki bölmələri düşmən üzərinə şığıdı. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi komandanlıq uğurlu döyüş əməliyyatlarına başladı. Çox qısa vaxtda düşmənin mühəndis-istehkam qurğuları əhatə olunmuş səngər xətti darmadağın edildi. Gənclərimiz, könülllü döyüşçülər cəbhəyə axışdı, millət bir yumruğa dönüb bütün gücünü qələbə naminə səfərbər etdi. Azərbaycanın elə bir kəndi-kəsəyi olmadı ki, oradan cəbhəyə yardımlar edilməsin. Xalqın öz ordusu ətrafında güclənən birliyi isə Böyük Qələbəmizə ümidləri daha da artırdı. Bir-birinin ardıncə kəndlərimiz, şəhərlərimiz, tarixi ərazilərimiz işğaldan azad olundu. Noyabrın 8-də isə müzəffər Ali Baş Komandanımız Şəhidlər Xiyabanına gələrək böyük qələbəmizi elan etdi. Əslində dövlət başçısının bu hərəkəti çox gözəl rəmzi məna kəsb edirdi. O bununla birldirdi ki, biz hamımız qazanılan zəfər üçün ilk öncə şəhidlərimizə borcluyuq.

Bəli, şəhidlik əsl Vətən sevgisi ilə qazanılan əlçatmaz bir zirvədir, bu zirvəyə yetişmək üçün gərək hər cür fədakarlığa hazır olasan, ölüm-itimdən qorxmayasan, özünü büsbütün Vətəninə həsr edəsən və bu yolda qurban olmaqdan çəkinməyəsən. Bu gün sonsuz qürur duyuram ki, belə oğullarımız sırasında doğulub boya-başa çatdığım bir elin də igidləri vardır.

Hacıqabul rayonunun Şorbaçı kəndində bir ziyalı ailəsində boy atmışdı Rüstəmov Ruslan Nüsrət oğlu, qısa, lakin dəyərli, mənalı bir ömür yaşadı. Eşitmişdim ki, zabitdir, cəbhə xəttindədir, amma onunla görüşmək mənə qismət olmamışdı. Atasını, rəhmətlik Nüsrət müəllimi dərindən tanıyırdım, beş-on yaş fərqimiz olsa da, aramızda bir dost ülfəti vardı. Yaman təəssübkeş idi, onun böyük qardaşının oğlu ilə bir sinifdə oxuyurdum, ikimiz də əlaçı idik. Bizim uğurlarımıza yaman sevinərdi. Heç yadımdan çıxmaz, sonuncu dəfə rayona birgə gəlmişdik, yolboyu məsləhətlərini əsirgəmədi. "Yaxşı oxuyun, cəmiyyətimiz üçün fəal, əqidəli vətəndaş olun. Amma el-obanı da unutmayın, kömək umana dayaq olun". Heç bilməzdim ki, belə cəfakeş, qədirbilən adamla sonuncu görüşümüz olacaq. Amansız xəstəliyinə görə Nüsrət müəllim sıralarımızı vaxtsız tərk etdi, nakam köçdü dünyadan, bir övlad toyu da görmədi. Ondan yadigar qalan övladları isə bir zavallı bacımızın əhatəsində böyüdülər. Özü də layiqli vətəndaş kimi böyüdülər. Bir dəfə onun böyük oğlunun, Salman müəllimin toyunda mənə çıxış üçün söz vermişdilər. Sözün düzü, hislərim üstün gəldi, yaman kövrəldim, mərhum müəllimimiz haqqında çox danışdım, amma danışmaya da bilməzdim, çünki həmin gün başımız üzərində onun ruhu dolaşırdı.

Dekabrın 4-də yağışlı, çiskinli bir gündə Nüsrət müəllimin uyuduğu məzarıstan elə bil əsl xiyabana döndü. Həmin tarixdə elimiz, camaatımız, böyüklü-kiçikli hər kəs torpaqlarımız uğrunda şəhid olmuş Ruslan Rustamovun dəfninə toplaşmışdı. İnsanların üzündə kədərə qarışmış bir sevinc, fərəh də vardı, çünki Ruslanın timsalında kəndimiz bir qəhrəmanın nuruna boyanmışdı. Hərbi formada şəkillərinə, ailə albomuna tamaşa edirəm, atasına yaman oxşardı, sifət cizgiləri də eynidir, qurub-yaratmaq əzmində olan bir gəncin, dəyərli bir zabitimizin yoxluğu məni yamanca sarsıdır. Yanağımda selə dönən göz yaşıma sahib çıxa bilmirəm, amma içimdə bir qürur da boylanır. Bu qeyrətli bir dostumun övladına olan sevgim, istəyimdir.

Ruslan, əziz şəhidim, məni bağışla ki, xəstəliyimlə əlaqədar sənin şəhadət məclisinə vaxtında, zamanında özümü çatdıra bilmədim. Torpağa qovuşduğun gün qardaşın Salman müəllimlə danışdım, dərin kədərimi bölüşdüm, dəyərli dostum Əli müəllimə də zəng etdim, başınız sağ olsun dedim. Sənin nə qədər gözəl övladların varmış, Allah qorusun. Çox sağ ol ki, bircə oğluna da atanın adını qoymusan. Yaxşı eləmişdin, əzizim, o cür mərd atanın adını yaşatmaq da vacibdir.

Məzarında rahat uyu, mənim zabit qardaşım, nur üzlü şəhidim. Əmin ol ki, sənin arzuların yarıda qırılmayacaq, anan da, vəfalı ömür-gün yoldaşın da hər dəfə övladlarınla birgə səni ziyarətə gələndə ruhun göylərə baş qaldıracaq. Ürkək baxışlı gözəl balaların sənin nurlu çöhrənə tamaşa edəndə ürəklərindən bir nida qopacaq: "Ata, biz səninlə fəxr edirik!"

​​​​​​​​Arif PƏNAHLI, hərbi jurnalist,

​​​ehtiyatda olan polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı

Vətən uğrunda qəhrəmancasına şəhid olan baş leytenant Ruslan Rüstəmov ölümündən 62 gün sonra, bu gün, doğulduğu Hacıqabul rayonu, Udulu kəndində dəfn edildi. 

Beş övladı bizə yadigar qaldı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

1news.az

Paylaş:
644

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər