Azərbaycanda partiya sədri koronavirusdan öldü

Yurddaş Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Mais Səfərli bu gün koronavirusdan dünyasını dəyişib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxmuş M.Səfərli virusa təxminən 2 ay əvvəl yoluxub.
Qeyd edək ki, M.Səfərli II çağırış (2000-2005-ci illər) Milli Məclisin üzvü olub. Partiya sədrinin 62 iki yaşı var idi.
1news.az
414