Erməni təxribatları nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni təxribatları nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlandı

16:59 - 07 / 12 / 2020
Erməni təxribatları nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlandı

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən dekabrın 7-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 100 nəfər həlak olub, 416 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 4186 ev, 135 çoxmənzilli yaşayış binası və 548 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutub.

Qafar Ağayev

Paylaş:
446

Son xəbərlər

Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv!Bu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilir14 / 05 / 2024, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib14 / 05 / 2024, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq14 / 05 / 2024, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB14 / 05 / 2024, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub14 / 05 / 2024, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcək14 / 05 / 2024, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO14 / 05 / 2024, 15:13
Bütün xəbərlər