Vyanada Vətən müharibəsi şəhidləri anılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Vyanada Vətən müharibəsi şəhidləri anılıb - FOTO

17:18 - 07 / 12 / 2020
Vyanada Vətən müharibəsi şəhidləri anılıb - FOTO

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Vyana şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın Avstriyadakı səfirliyinin önündə baş tutan mərasimdə bu ölkədə fəaliyyət göstərən türk diaspor təşkilatlarının və iş adamlarının təmsilçiləri iştirak edib. Tədbir zamanı diplomatik nümayəndəliyin qarşısına əklili qoyulub, şamlar yandırılıb, Azərbaycan və Türkiyə bayraqlarının, "Şəhidlərimizi rəhmətlə anırıq" sözlərinin əks olunduğu plakat və "Xarı bülbül" çiçəyinin rəmzi təsviri nümayiş etdirilib. Mərasim iştirakçıları Dağlıq Qarabağın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dərnək sədri Yardım Günəş bildirib ki, Vətən müharibəsində böyük şucaətlə döyüşən, canları və qanları ilə torpaqlarımızı işğalçılardan azad edən qəhrəman şəhidlərimiz Azərbaycanın şanlı tarixində xüsusi yer tuturlar və onlar xalqımızın qəlbində əbədi yaşayacaqlar.

Mərasim şəhidlərin ruhuna duaların oxunması ilə yekunlaşıb.

Qafar Ağayev

Paylaş:
471

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər