Hikmət Hacıyev: “Sərt karantin rejiminin tətbiqinin məqsədi vətəndaşların salamlığının qorunmasıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hikmət Hacıyev: “Sərt karantin rejiminin tətbiqinin məqsədi vətəndaşların salamlığının qorunmasıdır”

15:06 - 08 / 12 / 2020
Hikmət Hacıyev: “Sərt karantin rejiminin tətbiqinin məqsədi vətəndaşların salamlığının qorunmasıdır”

"Müşahidə edirik ki, sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı cəmiyyətdən də tələblər var".

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda yeni yoluxma 4500-dən artıqır ki, bu da kifayət qədər ciddi rəqəmlərdir və həyəcan təbili çalınır. H.Hacıyev bildirib ki, sərt karantin rejiminin tətbiqinin məqsədi Azərbaycan vətəndaşlarının salamlığının qorunmasıdır, ölüm hallarının qarşısının alınmasıdır:

"Kütləvi vaksinlər tətbiq edilənə qədər vətəndaşlarımızın sağlamlığını qorumalıyıq".

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər