Şahmar Mövsümov: Peyvənd olmayana qədər belə vəziyyət davam edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahmar Mövsümov: Peyvənd olmayana qədər belə vəziyyət davam edəcək

15:27 - 08 / 12 / 2020
Şahmar Mövsümov: Peyvənd olmayana qədər belə vəziyyət davam edəcək

“COVİD-19-a qarşı peyvənd olmayana qədər belə vəziyyət davam edəcək və biz də qapanmalara getməyə məcbur olacağıq”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib:

“Hazırda Azərbaycan vaksinin hazırlanması ilə bağlı bütün prosesləri izləyir. Biz də ümid edirik ki, ən təhlükəsiz vaksinləri alıb, ölkəmizə gətirə biləcəyik".

Ş.Mövsümov qeyd edib ki, artıq 2 ölkədə peyvəndlənmə aparılacaq.

“Böyük Britaniya peyvənddən istifadəyə başlayıb, Türkiyə də Çindən istehsalı vaksinlərin tətbiqinə başlayacaq. Azərbaycanda ilk növbədə kimlərin peyvənd ediləcəyi barədə əlavə məlumat veriləcək”.

Qafar Ağayev

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər