Sağalıb yenidən hərbi xidmətə yollanmağa can atan qazimiz - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sağalıb yenidən hərbi xidmətə yollanmağa can atan qazimiz - VİDEO

09:41 - 08 / 12 / 2020
Sağalıb yenidən hərbi xidmətə yollanmağa can atan qazimiz - VİDEO

Haqq savaşımız "Vətən müharibəsi", "44 günlük müharibə" və yaxud "İkinci Qarabağ müharibəsi" kimi tariximizin şanlı səhifəsinə bu adlarla yazıldı.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunun Qaçaq Kərəm kəndindən Vətən müharibəsinin iştirakçısı olan Qoşqar Quluzadə hərbi xidmətə 11 ay öncə yollanıb. Evin tək oğlu olan Qoşqarın yolunu isə hər kəs, o cümlədən bacısı və anası gözləyirdi. Evə dönərkən onu təkcə ailə üzvləri deyil, bütün el-oba coşqu ilə qarşılayıb.

Yəqin ki, bu anlar qazimizin xatirəsindən uzun illər silinməyəcək. Anası Rahilə Məmmədova deyib ki, bir gözünü və qulağının birinin eşitmə qabiliyyətini itirən oğlu lazım gələrsə, sağalaraq yenidən vətənin keşiyində durmağa hazırdır.

"Bir oğlum, bir qızım var. Fəxr edirəm ki, oğlum düşmənə qarşı döyüşüb və sağ-salamat evinə qayıdıb. Lazım olsa, yenə gedəcək", - deyə qazimizin anası bildirib.

"Qardaşımla qürur hissi duyuram, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edib. Qardaşımla, Azərbaycan Ordusu ilə fəxr edirəm. Sağ olsun Müzəffər Ali Baş Komandanımız", - deyə qazimizin bacısı Asiman Həsənova qeyd edib.

Qoşqar bu ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb. Bu çətin və şərəfli savaşda iştirak etmək onun ən böyük arzusu idi. Elə arzusuna da çatdı. Qoşqar 19 yaşını noyabrın 21-də müalicə aldığı xəstəxanada qeyd edib. O, Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Hadrut, Cəbrayıl, Xocavənd rayonlarında torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, igidlik göstərib. Döyüşlərin birində isə ağır yaralanıb. "Bizi tank mərmisi ilə vurdular. Ondan sonra baş verənlər yadımda olmayıb, huşumu itirmişəm. Məni Füzuli xəstəxanasına aparıblar. Orda Qarabağın alınmasını eşitdik, çox sevindik. Şəhidimiz də oldu, yaralımız da. Həm şəhidimizdən keçmədik, həm yaralımızdan, həm də torpağımızdan", - qazimiz Qoşqar Quluzadə bildirib.

Qoşqar deyib ki, bir gözünü itirsə də, sağlamlığına ziyan dəysə də, o, evə əli boş gəlməyib, qalib əsgər kimi, qələbə ilə qayıdıb.

1news.az

Paylaş:
439

Son xəbərlər

Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTOBu gün, 12:23Antiinhisar Dövlət Xidməti bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edibBu gün, 12:16Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıbBu gün, 12:06DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 12:00Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37
Bütün xəbərlər