Dünya hərb tarixinin yeni dastanı - 44 günlük şanlı tarix | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünya hərb tarixinin yeni dastanı - 44 günlük şanlı tarix

11:14 - 08 / 12 / 2020
Dünya hərb tarixinin yeni dastanı - 44 günlük şanlı tarix

Ən  yeni  tariximizin şərəfli günlərinə şahidlik edirik. Hər birimizin ürəyində  yığılıb qalan illlərin nisgili, həsrəti, hətta qəzəbi bu günlərdə yerini qələbəyə verib.

Ancaq 30 ilin nigaranlığına son qoyulduğu, qəlblərin rahatlıq tapdığı, torpaqlarımızın  işğal tarixinin azadlıq tarixi ilə əvəz olunduğu bu günlərə asan gəlmədiyimizi də unutmamalıyıq. Azadlıq mübarizəmizin başlanmasına gələnə qədərki tarixdə Azərbaycanın başı çox bəlalardan keçib. Başımızı alan qara buludlar hələ ölkəmiz müstəqil dövlət kimi yenidən bərqərar olduğu 1991-ci ildən etibarən görülməyə başladı. Ölkə daxili hərc-mərclik və hakimiyət uğrunda mübarizə torpaqlarımızın mənfur düşmənin əlinə keçməsinə əsas zəmin yaratdı və torpaqlarımızın 20 faizi işğal olundu.

Müstəqillik tariximiz olan yaxın keçmişə nəzər salsaq görərik ki, xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başlayıb. Lakin hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uğurlu diplomatiyası və Milli Ordunun güclənməsi nəticəsində düşmən və onun havadarları artıq münaqişənin zorakı vasitələrlə həll etmək cəhdlərinin perspektivsizliyini dərk edirdilər. Sonunda 1994-cü il mayın 12-də atəşkəsə nail olundu.

Ümummilli liderin ardıcıl və məntiqi dövlət siyasətinin nəticəsində, Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, hüquq-mühafizə orqanlarının  möhkəmləndirilməsindən başlandı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Beləliklə,  müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Uğurlu islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki təminatı getdikcə yaxşılaşdı. Bununla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, qələbə ovqatı yüksəldi.

Ordumuzun döyüş hazırlığının daha da artırılması Prezident İlham Əliyevin adı ilə bağlıdır.  Belə ki, Ali Baş Komandan İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunurdu. Günü-gündən gücünü, qüdrətini artıran Ordumuzun torpaqlarımızı erməni işğalçılarından azad etməsi bunun əyani sübutu idi. 44 günlük Vətən müharibəsi istər texniki təşkil olunma, istərsə də milli birlik baxımından dünya hərb tarixinə yeni gerçəklik kimi yazıldı. Bu gün qətiyyətlə deyə bilərik ki, 30 il  müddətində  dünyanın edə bilmədiyini Ali Baş Komandanın rəhbərliyi  ilə Ordumuz etdi.

Təbii ki, müharibə dövrünün əsas qəhrəmanları hərbçilərmizdir. Lakin arxa cəbhədə yumruq kimi birləşib ön cəbhəyə dəstək olan vətəndaşları da unutmaq olmaz. Həm ölkə daxilində xalqımızı, həm də xaricdə yaşayan azərbaycanlıları nəzərə alaraq deyə bilərik ki, bu müharibədə biz bir yumruq kimi birləşən 10 milyon vətəndaş, 30-40 milyon könüllü olduq. Xalqın əsgərinə, vətən oğluna olan inamı, anaların duasında, ataların məğrur duruşunda, körpələrin simasında, gənclərin şücaətində təcəssüm olundu. Bütün hərbçilər on milyonluq xalqın atasına, oğluna, qardaşına çevrildi. Bu birlikdən doğan mənəvi güc ötən hər gün daha da sarsılmaz etdi Ordumuzu. Hər qarış torpağımızın azad olunmasına sevinəndə milli birlik daha geniş vüsət alır, sərhədləri aşaraq dünyanı belə təccübləndirə bilirdi. İndi dönüb 44 günlük mübarizəyə baxanda biz hamımız Cəbrayıl, Füzuli, Ağdam, Laçın, Kəlbəcər olduğumuzu anlayırıq. Qalib Ordunun qələbə bayrağı alınmaz qala Şuşadan sancılanda isə bütün şəhidlərimizin ruhu rahatlıq tapdı.

Artıq Qarabağın hər qarışında Azərbaycanın igidlərinin səsi gəlir, üçrəngli bayrağımız dalğalanır.

Azad olunan torpaqlarımızda dağıdılmış, viran edilmiş hər bir tikili erməni vandalizmini həm də dünyaya yenidən sübutu idi. Əxlaqı  süqut  etmiş bir millətin  özgə  torpağına  münasibəti donuz saxlanaraq təhqir edilmiş məscidlərdə, dağıdılmış mədəniyyət abidələrində, yerindən çıxarılmız məzarlarda daha dəhşətlə hayqırırdı. Hansı ki, müharibə başlayan gündən Ermənistana havadarlıq edən Fransa kimi “demokratik dəyərlərin mühafizəkarı” dövlətlər bir daha ermənilərin törətdiyi vəhşiliyi görməzdən gəlməyi  və susmağı seçdilər. Bütün bunlar müharibə dövründə Qərbin  qərəzli  mətbuatının Azərbaycan  haqqında həqiqətə uyğun olmayan, islamafob, anti-Azərbaycan, ermənipərəst mövqeyi ilə daha yaxşı sübut edilmiş oldu. Görünən odur ki, hələ də erməni  lobbisinin  təsirindən  çıxa bilməyən  qərb  ölkələri  məntiqsizliyin, arqumetsizliyin  əyani  subutu olan hazırkı erməni  rejimini də görməməkdə israrlıdırlar. Ancaq bu qədər qərəzli münasibətin dəyişə bilmədiyi bir gerçəklik var - Azərbaycan Ordusu erməninin başını elə əzib ki, onlar və havadarları hələ yüz illərlə bu məğlubiyyəti  yana-yana xatırlayacaqlar. Digər tərəfdən şanlı Ordumuz regionu erməni faşizmindən  qurtardı. Bu isə Ermənistanı  müdafiə edən qüvvələrə  ağır şillə oldu. Həmçinin yersiz şişirdilmiş erməni mifi də yerlə-yeksan edildi.

İndi Ermənistanda ölkədaxili hərc-mərclik başlayıb, xunta rejimi ilə xalq qarşıdurması yaranıb. Bütün bunlar erməniləri çoxdan gözləyən aqibət idi. Çünki Ermənistanı  kapitulyasiyaya aparan yol  onun  tutduğu  səhvlər,  qonşularına  qarşı işğalçı  münasibəti və dövlətə rəhbrlik edən başıpozuq şəxslərdir. 

Bərabər olmaq, bir olmaq ən çətini  asan etmək deməkdir! Bunu bizim xalqımız etdi. Ali Baş Komandanın ətrafında bir yumruq tək cəm oldu Azərbaycan xalqı. Bu gün bir milyondan artıq qaçqın və məcburi köçkünün 30 il öncə sönən ocaqlarına od, ümidlərinə işıq oldu Vətənin igid oğulları. Bizi mənəvi rahatlığımıza qovuşduran, içimizdəki yanğına su səpən Azərbaycan Ordusuna təşəkkür edir, 2783 şəhidimizin ruhu qarşısında baş əyirik! Sizlər ulu Türkün kökündən gəldiyinizi unutmadınız və bütün dünyaya tökülən  qanların, verilən canların hədər getmədiyini göstərdiniz.

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı Vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

 

Daim ucalasan! Savaş günündə

Əsgər silahıyla səni tən görüm.

Yalnız zəfər çalmış şəhid önündə

Səni alqış üçün əyilən görüm.

 

Qaliblərin yaraları tez sağalır, Azərbaycan Ordusu!

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

 

 

 

Paylaş:
562

Son xəbərlər

Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıbBu gün, 12:06DİN: Kiber talamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdırBu gün, 12:00Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildiBu gün, 11:57Azərbaycanın XİN başçısının ATƏT-in fəaliyyətdə olan sədri ilə təkbətək görüşü başlayıb - YENİLƏNİBBu gün, 11:43Nyu-York birjasında təbii qaz cüzi bahalaşıbBu gün, 11:23Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edibBu gün, 11:07Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib - YENİLƏNİBBu gün, 11:01Qızıl və gümüş bahalaşıbBu gün, 10:58Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıbBu gün, 10:52Məşhur türk aktrisa vəfat etdiBu gün, 10:49Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 10:32Həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilibBu gün, 10:14Azərbaycan XİN İsraili təbrik edibBu gün, 10:06“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı Forum keçirilibBu gün, 10:01Azərbaycanın 10 boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıbBu gün, 09:50Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 09:45Yevlaxda narkotik vasitə qəbul edib, avtomobil idarə edən sürücü həbs olunubBu gün, 09:39Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılırBu gün, 09:37Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olubBu gün, 09:28Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaqBu gün, 09:27
Bütün xəbərlər