DİN - COVID-19 testi müsbət çıxan şəxslər barəsində dərhal bütün polis orqanlarına məlumatlar göndərilir | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN - COVID-19 testi müsbət çıxan şəxslər barəsində dərhal bütün polis orqanlarına məlumatlar göndərilir

12:57 - 08 / 12 / 2020
 DİN - COVID-19 testi müsbət çıxan şəxslər barəsində dərhal bütün polis orqanlarına məlumatlar göndərilir

COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur.

1news.az-ın məlumatına görə, bu barədə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, COVID-19 xəstəliyi ilə əlaqədar götürülən analiz nəticələri pozitiv çıxan şəxslər barəsində dərhal respublikamızın bütün ərazi polis orqanlarına müvafiq məlumatlar göndərilir.

O bildirib ki, daxil olan məlumat üzrə hər bir aktiv COVID-19 xəstəsi ərazidə fasiləsiz xidmət aparan polis müşahidəsinə daxil edilir: "COVID-19 xəstəsi əgər həmin ünvanı tərk edərsə, bu dərhal polisə məlum olur. Aktiv COVID-19 xəstələri üzərində gücləndirilən səmərəli nəzarət-profilaktik tədbirlərin nəticəsidir ki, noyabrın 30-dan bu günədək daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 150 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 135 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 13 nəfər xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində 106 nəfər barəsində qanunvericiliyə uyğun olaraq, cinayət işi başlayıb. Müvafiq ərazi polis idarə və şöbələrində istintaq araşdırmaları davam etdirilir. Araşdırma prosesində həmin xəstələrin ünsiyyətdə olduğu şəxslərin dairəsi müəyyən olunmaqla, laborator analizlərə cəlb olunur”.

Qafar Ağayev

Paylaş:
536

Son xəbərlər

Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdürBu gün, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıbBu gün, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTOBu gün, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavabBu gün, 14:45Balakəndə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 14:35İlham Əliyev: Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyibBu gün, 14:11İcma ATƏT-i Ermənistandan qovulmuş azəraycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıbBu gün, 14:04Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib - YENİLƏNİBBu gün, 13:56Bakıda həbsdə olan Qukasyan haqda yeni qərarBu gün, 13:47Köç karvanı Şuşaya çatıb - YENİLƏNİBBu gün, 13:42Nazir: Azərbaycanla Ermənistan arasında baş verən müsbət irəliləyişləri tarixi nəticə adlandıra bilərikBu gün, 13:33Ceyhun Bayramov: Azərbaycan hər zaman ATƏT-in prinsiplərinə riayət edibBu gün, 13:16ATƏT sədri: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün olması bizim üçün prioritetdirBu gün, 13:06Günel Ağazadə: “Azərbaycanda təhsil, səhiyyə, menecment, marketinq sahəsi sözün əsl mənasında inkişaf edib, amma əmlak sahəsi hələ bazarda ikonlaşmayıb”Bu gün, 13:03Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:59Ceyhun Bayramov: ATƏT sədri Ermənistanla normallaşma prosesi haqqında məlumatlandırıldıBu gün, 12:55Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri brifinq keçirirBu gün, 12:43Xəzərin Azərbaycana mənsub sularında 26 kq narkotik aşkar olunub - FOTOBu gün, 12:23Antiinhisar Dövlət Xidməti bloqerlərə qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edibBu gün, 12:16Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıbBu gün, 12:06
Bütün xəbərlər