Murov zirvəsini düşməndən azad edən kapitan - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Murov zirvəsini düşməndən azad edən kapitan - VİDEO

14:42 - 09 / 12 / 2020
Murov zirvəsini düşməndən azad edən kapitan - VİDEO

27 yaşlı Amin Vətən müharibəsində şəhadətə yüksələn 30 yaşlı Həmidağa Hüseynzadənin kiçik qardaşıdır. Ata, ana, bacısı ilə yanaşı o da qürurludur bu gün. Çünki, qardaşı Murov zirvəsini düşməndən azad edərək, zirvələrə ucalan oğullarımızdan oldu.

1news.az xezerxeber.az-a istinadən xəbər verir ki, öz gücü ilə komandir rütbəsinə kimi yüksələn Həmidağa 2016-ci il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərir.Onun bu şücaətinə ən yüksək dəyər isə Ali Baş Komandan İlham Əliyev tərəfindən verilir. Medalla təltif edilən Həmidağa həmin gündən öz dəstəsinin Kapitanı olur.

Xüsusi təyinatlımız olan Həmidağa Hüseynzadə adını Vətən müharibəsi səhifələrinə də qızıl hərflərlə yazdırmağı bacarır. Öz dəstəsi ilə Murov dağ silsiləsi istiqamətində düşmənin "Canavar qulağı" adlı 2 postunu ələ keçirərək, xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanımız həmin istiqamətdə düşdükləri mühasirəni də yarmağı bacarır. Sonda isə namərd düşmənin snayperdən açdığı atəşə tuş gələrək, döyüş yoldaşının qollarında şəhadətə yüksəlir.

İgid kapitanın gülər üzünə bir az da gözəllik qatan yanağındakı xalı isə düşmən üçün əsl göz dağına çevrilmişdi. Erməni yaraqlılarının "Xallı" adlandırdıqları Həmidağa onlar üçün qorxulu bir yuxu idi.

Özündən geriyə ömür gün yoldaşı ilə yanaşı, 5 aylıq Həmidəsini də qoyub gedən zabitimiz bacısının doğum günündə şəhid dostu ilə birgə torpağa tapşırılır. Şəhadətin, ucaldığın zirvən mübarək, kapitan! Gözün arxada qalmasın, anan anamız, atan atamız, balan da doğma balamızdır!

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
671

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər