Döyüş yoldaşları onu “Qumbara Tərlan” adlandırır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Döyüş yoldaşları onu “Qumbara Tərlan” adlandırır - VİDEO

16:35 - 09 / 12 / 2020
Döyüş yoldaşları onu “Qumbara Tərlan” adlandırır - VİDEO

Yanınıza qumbara atılsa və sadəcə bir neçə saniyə vaxtınız olsa, yaşamağı, yoxsa yaşatmağı seçərdiniz? O, öz canı bahasına da olsa, yaşatmağı seçdi və özünü qumbaranın üstünə atdı. Atdı ki, yanında olan 10-a yaxın döyüş yoldaşı şəhid olmasın. O, şir ürəkli, böyük iradəli vətən oğlu Tərlan Həsənovdur. O, döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atıb.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, elə bu hərəkətinə görə döyüş yoldaşları Şəkinin Baş Zəyzid kəndində anadan olan 23 yaşlı Tərlan Həsənovu "Qumbara Tərlan" adlandırırlar. Çünki o, 10-a yaxın əsgər yoldaşı şəhid olmasın deyə düşmənin səngərə atdığı qumbaranın üstünə uzanaraq onların həyatını xilas edib. Qərar vermək üçün sadəcə bir neçə saniyəsinin olduğunu deyən Tərlan ya özü ilə birgə hər kəsi təhlükəyə atmalı, ya da ki özünü fəda edərək döyüş yoldaşlarını xilas etməli idi. Və o, ikinci yolu seçib.

Həmin an yanında olan döyüş yoldaşları Tərlanın daha çox xəsarət almaması üçün dərhal onun ayaqlarının üstünə oturaraq başını yuxarıya doğru qaldırıblar ki qəlpə onun üzünə girməsin.

Partlayışdan sonra Tərlan saatlarla huşsuz vəziyyətdə qalıb. Hamı onun şəhid olduğunu düşünüb. Xoşbəxtlikdən bronjilet və sinəsində olan rabitə aparatı onu ölümdən xilas edib.

Tərlan bu qəhrəmanlığına görə "Fəxri fərman"la təltif olunub.

Atası Rafiq Həsənov əlil olduğu üçün ailəni çətinliklə dolandırsa da, oğlunun ali təhsil alması üçün şərait yaratdığını və övladlarına həmişə vətənpərvərliyi aşıladığını deyir.

Tərlanın anası deyir ki, oğlunun çəkisi və gözlərində problem olduğu üçün hərbi komissiya onu xidmətdən azad etmək istəyib, lakin o, könüllü olaraq hərbi xidmətə gedib və döyüşlərə qatılıb.

"Bir şəhid olanda min dirilirik" deyir Tərlan. Sənə və sənin kimi qorxmaz oğullara minnətdarıq. Var ol, Vətənimizin igid oğlu.

1news.az

Paylaş:
1191

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər