“İki dəfə könüllü kimi qeydiyyatdan keçəndən sonra çağırdılar” - Şəhidin qardaşı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İki dəfə könüllü kimi qeydiyyatdan keçəndən sonra çağırdılar” - Şəhidin qardaşı - FOTO

17:43 - 09 / 12 / 2020
“İki dəfə könüllü kimi qeydiyyatdan keçəndən sonra çağırdılar” - Şəhidin qardaşı - FOTO

"Oktyabrın 9-u saat 10-un yarısı öz telefonuna zəng gəldi. Dedilər ki, saat 3-də ol Sabunçu Hərbi Komisarlığında, aparırıq".

Bunu Milli.Az-a açıqlamasında Vətən Müharibəsinin 2783 şəhidimizdən biri olan Əliyev Camal Xaliq oğlunun qardaşı Cəlal deyib.

Şəhid qardaşı bildirib ki, Camal Xocavəndlə Şuşa arasında gedən döyüşlərdə iştirak edib:

"Telefonu ilə onlayn qaydada könüllü qeydiyyatdan iki dəfə keçibmiş. Birinci dəfə keçib, çağırmayıblar, ikinci dəfə qeydiyyatdan keçəndən bir neçə gün sonra zəng gəldi, getdi. Ağcabədidə olub ilk gün, neçə gün Ağcabədidə qaldıqdan sonra Xocavəndə aparanda bizə, heç kimə heç nə demədi. Sakitcə, xəbərsiz getdi.

Şəhidimin yeddi mərasimindən sonra axşam 10 radələrində mənə zəng gəldi. Dedi ki, Camalın əsgər yoldaşı olmuşam, adı Nurlan idi. Dedi, Camalla birlikdə 11 nəfər olublar, Xocavəndlə Şuşa arasında döyüşlərdə iştirak ediblər.

Deməli, Camal noyabrın 2-si günorta butulkada bir az suyu qalıbmış, ağzını açıb əlini isladıb, on nəfər döyüş yoldaşlarının dodağına vurdu ki, əsgər yoldaşlarının dodaqları qurumasın. Su qurtardı, torpaqla dəstəmaz alıb namazını qıldı. Namazdan sonra komanda gəldi ki, irəli. Noyabrın 2-si günorta 13:00-14:00 arasında həmin ərazi uğrunda döyüşlər zamanı qardaşım Camalla birlikdə altı əsgərimiz şəhid oldu, 5-i sağ qalır.

Noyabrın 4-ü günorta zəng gəldi, onda bildim. O vaxta kimi Camalın şəhid olmağından xəbərsiz idik. 

Camalın bir sözü var idi, deyirdi ki, "Ana, qardaşım, şəhid olsam sevinərsiniz. O dünyada iki bacımı görə biləcəyəm". Nə bilim vallah, ondan nə qədər danışsam doymaram. Mən hamıya demişəm, deyirəm, deyəcəyəm də: Məni başa düşün, anlayın məni. Ürəyim ağrayır, sızıldayır, paramparçadır, darmadağındır. Çünki Camalımsız hər şeydən söndüm, çökdüm, yıxıldım.

Camal məni eşidirsə, demək istəyirəm ki, Camal, qardaşım, sənə Camallıq qədər Cəlallıq etmədiyimə görə məni bağışla. Allah xatirinə, şəhidliyinə xatir, yatdığın torpağa xatir, tabutuna xatir haqqını halal et".

1news.az

Paylaş:
1529

Son xəbərlər

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43“Xan arxı” suvarma kanalı tullantılardan təmizlənibBu gün, 12:27Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:21Sahibə Qafarova Sinqapur Prezidenti ilə görüşübBu gün, 12:10Azərbaycan dələduzluqda təqsirləndirilən iki nəfəri Özbəkistana təhvil veribBu gün, 12:01FHN Ağsuda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb - VİDEOBu gün, 11:58Təhsil müəssisəsində külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıbBu gün, 11:38Gənc zabitlərin püşkatması keçirilibBu gün, 11:15Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıbBu gün, 11:13Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu başlayıbBu gün, 11:06Yanvar-apreldə əlilliyi olan şəxslərə 40 mindən çox reabilitasiya vasitəsi verilibBu gün, 10:46İzmirdə zəlzələ olubBu gün, 10:33AMB 15 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 10:02Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVABu gün, 09:27Ənənəvi “Prado” indi Land Cruiser 250 adı ilə daha aqressiv! - VİDEOBu gün, 09:16Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıbBu gün, 08:55Paytaxtın bəzi yollarında tıxac var - SİYAHIBu gün, 08:51Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35
Bütün xəbərlər