Abşeronda komendant saatının tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda komendant saatının tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib

15:21 - 11 / 12 / 2020
Abşeronda komendant saatının tələblərini pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib

Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

DİN-dən 1news.az-a bildirilib ki, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tərdbirləri həyata keçirilən zaman “Ray club”adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Çay evində qaydalara əks olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Qafar Ağayev

Paylaş:
470

Son xəbərlər

Bütün xəbərlər