“Embawood” şirkəti “YAŞAT” Fonduna 100.000 manat vəsait köçürdü

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının 27 sentyabr tarixində torpaqlarımızın düşmən işğalından azad olunması əmrini Azərbaycan ordusu 44 gündə inamlı qələbə ilə yerinə yetirdi. Əsgər və zabitlərimiz görünməyən şücaət, qəhramanlıq, igidlık göstərərək öz canları və qanları bahasına torpaqları işğaldan azad edərək tarix yazdılar. Azərbaycan xalqı bu tarixi öz qəlbində uca tutacaq və hörmətlə anaraq yaşadacaqdır.
Azərbaycan respublikasının ərazi bütövlüyünün müdafiəsində yaralanan və şəhid ailələrinin təminatına dəstək olaraq Prezident İlham Əliyevin 08 Dekabr 2020 tarixli fərmanı ilə “YAŞAT” fondu yaradıldı.
Embawood şirkəti Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna 200 000 manat ianə etmişdir. Hal-hazırda öz mövqeyinə sadiq qalaraq “YASAT” fonduna 100 000 manat ianə edərək öz həmrəyliyini bildirdi.
Əminik ki, göstərilən hər bir dəstək bizi Azərbaycan Respublikasının Prezidenti və Dövləti ətrafinda birləşdirərək daha da möhkəm edəcək və üç rəngli bayrağımızı qürurla dalğalandıracaqdır.
QARABAĞ – AZƏRBAYCANDIR!
1news.az