Biləsuvarda yaşayış yerini tərk edən COVID xəstəsi aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda yaşayış yerini tərk edən COVID xəstəsi aşkarlandı

16:43 - 15 / 12 / 2020
Biləsuvarda yaşayış yerini tərk edən COVID xəstəsi aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini M.Bəşirliyə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə saxlanılaraq yaşadığı ünvana geri qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər