Havanın temperaturu 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Havanın temperaturu 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ

17:51 - 15 / 12 / 2020
Havanın temperaturu 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ

ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.

1news.az

Paylaş:
462

Son xəbərlər

Bütün xəbərlər