Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilən Elman Abdullayevin DOSYESİ

Prezident İlham Əliyev Elman Telman oğlu Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
1news.az Elman Abdullayevin haqqında məlumatı təqdim edir:
Elman Telman oğlu Abdullayev 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb.
Magistr dərəcəsinə ABŞ-ın Kaliforniya Dövlət Universitetində yiyələnib.
1999-cu ildən Azərbaycan XİN-də işləyir, Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb.
18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilıb.
Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir.
Ailəlidir, iki övladı var.
Qafar Ağayev