Bir gündə küçədə daha 49 koronavirus xəstəsi saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir gündə küçədə daha 49 koronavirus xəstəsi saxlanıldı

10:24 - 16 / 12 / 2020
Bir gündə küçədə daha 49 koronavirus xəstəsi saxlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

1news.az

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər