Xocavənddə təhlükəsizlik gücləndirilir: Rayon ərazisində postlar qurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocavənddə təhlükəsizlik gücləndirilir: Rayon ərazisində postlar qurulub

13:36 - 17 / 12 / 2020
Xocavənddə təhlükəsizlik gücləndirilir: Rayon ərazisində postlar qurulub

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Xocavənd rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

Rayonun ərazisində xidməti postlar qurulub və təhlükəsizliyə tam olaraq nəzarət edilir.

Qafar Ağayev 

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər