Bakının bu qəsəbələrində işıq kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu qəsəbələrində işıq kəsiləcək

11:57 - 18 / 12 / 2020
Bakının bu qəsəbələrində işıq kəsiləcək

“Azərenerji” ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədar iki qəsəbəyə elektri enerjisi müvəqqəti dayandırılacaq.

Bu barədə 1news.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu məqsədlə Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan 28 may və Nübar qəsəbələrində 18 dekabr 2020-ci il tarixində saat 13:00-dan etibarən gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər