Şanlı Qələbədən 40 gün keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Şanlı Qələbədən 40 gün keçir

21:24 - 19 / 12 / 2020
Şanlı Qələbədən 40 gün keçir

Şanlı Qələbəmiz və Ermənistanın kapitulyasiyasından təxminən 40 gün keçir.

Bu 40 günü rəmzi olaraq Vətən uğrunda canından keçmiş şəhidlərimizin 40-ı günü kimi qəbul etmək olar. Bu gün biz tamamilə yeni, qalib, məğrur Azərbaycanda yaşayırıq. Düşünürəm ki, şəhidlərin ruhuna ən böyük töhfə ölkə rəhbərliyi tərəfindən məhz doğma Qarabağın bərpası üçün hazırlanan böyük planlar, möhtəşəm layihələrdir.

Əslində Qarabağ zəfəri ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən illərdir aparılan siyasətin məntiqi nəticəsidir. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir.

Əminəm ki, bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. Bu günümüzə görə canından keçmiş şəhidlərimizi bir daha ehtiramla anır və onlara Allahdan rəhmət diləyirik.

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini,

ehtiyatda olan polkovnik

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər