Karantin qaydalarını pozan daha 30 koronavirus xəstəsinə cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozan daha 30 koronavirus xəstəsinə cinayət işi açıldı

11:50 - 19 / 12 / 2020
Karantin qaydalarını pozan daha 30 koronavirus xəstəsinə cinayət işi açıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 18-də respublikamızın ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, saxlanılan şəxslərdən 30 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Qafar Ağayev

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər