Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib

15:15 - 21 / 12 / 2020
Ağdaşda gizli fəaliyyət göstərən çayxana aşkar edilib

Ağdaş şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində Tamerlan Allahverdiyevin qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan on beş müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. İcarədar T.Allahverdiyev və müştərilər Polis Şöbəsinə dəvət olunub. Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər