DİN: 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

10:33 - 23 / 12 / 2020
DİN: 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər