Qobustanda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustanda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

13:33 - 24 / 12 / 2020
Qobustanda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib

Qobustan rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a  verilən məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəngi qəsəbəsində yerləşən eyniadlı kafedə müştərilərə yerində xidmət göstərildiyi müəyyən olunub. Kafeni işlədən şəxs və orada olan müştərilər Polis Şöbəsinə dəvət edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Qafar Ağayev

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər