Gəncədə avtomobil ağaca çırpılıb, 1 yaralı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə avtomobil ağaca çırpılıb, 1 yaralı var

15:40 - 24 / 12 / 2020
Gəncədə avtomobil ağaca çırpılıb, 1 yaralı var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonu ərazisində “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qafar Ağayev

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər