Samsung QLED 8K televizorlarının sirri “ağıllı” Quantum Prosessorudur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Samsung QLED 8K televizorlarının sirri “ağıllı” Quantum Prosessorudur – FOTO

18:00 - 25 / 12 / 2020
Samsung QLED 8K televizorlarının sirri “ağıllı” Quantum Prosessorudur – FOTO

QLED 8K ilə geniş diaqonal və mükəmməl təsvir təqdim etməklə yanaşı, Samsung bizə "düşünməyi" bacaran bir TV-nin bütün imkanlarını da təqdim edir. Dünyaca məşhur şirkətin istehsal etdiyi yeni nəsil televizorların sirri - Quantum Processor-dur.

Yeni televizorlarda süni zəka üzərindən işləyən prosessor sayəsində, heyrətamiz səs və əla təsvirin ötürülməsi təmin olunur. Quantum AI, mürəkkəb alqoritmləri sürətlə emal edə bilən xüsusi texnologiyalardan istifadə edərək hazırlanmış yüksək performanslı kvant çipidir. Belə ki, bənzərsiz miqyaslaşdırma sistemi ilə təchiz olunmuş prosessor otaq daxilində işıqlandırma şəraitini nəzərə alaraq, hər səhnənin parlaqlığını tənzimləyir və optimal səs rejimini avtomatik olaraq təyin edir. Və bununla da  ötürülən görüntünün keyfiyyətini yaxşılaşdırır.

Süni zəka üzərindən işləyən prosessor, SD, HD  və FHD formatlarında təqdim olunan daha aşağı icazələrdə ötürülən siqnalın keyfiyyətini 4K və ya 8K, icazəli görüntüyə qədər yaxşılaşdıraraq, ekranda göstərilən səhnənin xüsusiyyətlərindən və otağın işıqlandırma səviyyəsindən asılı olaraq televizorun parlaqlığını tənzimləyir və təsviri müşayiət edən səsi optimallaşdırır. Beləliklə, burada prosessorun yerinə yetirdiyi iş, görüntünü tələb olunan icazə çərçivəsində “uzatmaqdan” daha mürəkkəbdir. Belə ki, süni zəka real vaxt çərçivəsində mənbə materialını təhlil edərək, təsvir daxilində yayılmaları azaldır, obyekt kənarlarını və  teksturalarını yenidən quraraq bununla da görüntüyə daha çox detalın əlavə edilməsini təmin edir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, QLED 8K məkanın işıqlandırma səviyyəsindən asılı olaraq, ötürülən görüntünün parlaqlığını tənzimləyir və onu müşayiət edən səs tərkibini optimallaşdırır.

QLED 8K-nın bu bacarığı sayəsində, yüksək keyfiyyətli təsvirə mükəmməl səs əlavə edən televizor, tamaşaçıya ekranda baş verənlərin ab-havasına dalmağa kömək edir. Samsung-un təqdim etdiyi, süni zəka üzərindən işləyən AI Quantum Sound texnologiyası, evinizi tərk etmədən özünüzü kinoteatrda film izləyərək kimi hiss etməyə imkan verir.

Beləliklə, Object Tracking Sound + və ekranın dörd tərəfində yerləşən dinamiklərin, həmçinin arxa tərəfdə quraşdırılmış sabbuferlərin köməyi ilə televizor ekranda baş verənlərlə tam sinxronlaşdırılmış, dolğun və yüksək keyfiyyətli səs ötürür. Samsung-un qeyd edilən yeni səs texnologiyası, səsi kadrda icra olunanlara uyğunlaşdırmaq üçün ekranda ötürülən hərəkəti izləyir. Texnologiya, real zaman çərçivəsində, qeydə alınan səsi təhlil edərək, ekranda ifadə olunan məzmun ilə sinxronlaşdırılır və səs parçalarını televizorda quraşdırılmış altı dinamik arasında bərabər şəkildə paylayır.

Əlavə olaraq, Active Speech Amplifier (AVA) sayəsində isə hətta otaqda tozsoran işləsə belə, filmin heç bir məqamını buraxmayacaqsınız.  Belə ki, özü gedən bu funksiya səs mühitini idarə edir və ətrafdakı səs-küyün televizorun səsindən daha yüksəksək olduğunu təyin edərsə, dinləyicini yormamaq üçün yalnız dialoqların səsini artırır.

8K texnologiyasının daim təkmilləşdirilməsinə və bu icazədə olan məzmunun getdikcə daha da çoxalmasına baxmayaraq, əksər informasiya və əyləncə şəbəkələri belə yüksək keyfiyyətli siqnalı ötürmək imkanına malik deyil. Belə ki,  AI ScaleNet sisteminin köməyi ilə yeni televizorlar daha aşağı ötürmə gücünə sahib şəbəkələrdə, yəni 8K kimi yüksək keyfiyyətli görüntünün ötürlməsini dəstəkləməyən şəbəkələr çərçivəsində, girişdə məzmunu daha aşağı keyfiyyətə köçürüb, siqnalı qəbul edən cihaz daxilində isə yenidən 8K keyfiyyətinə keçirən zaman məlumat itkisinin qarşısını alır. Beləliklə, ötürülən 8K məzmunu 4K keyfiyyətinə qədər optimallaşdırılaraq, istifadəçinin televizoruna ötürülür və burada sözü gedən kontent təkrar olaraq orijinal 8K keyfiyyətinə qaytarır.

Günümüzdə televizorda hər zamankindən daha çox məzmun izlənildiyindən, yeni nəsil cihazların istifadəsindən gözləntilər daha yüksəkdir. Bu səbəbdən, Samsung davamlı olaraq yeni texnologiyaları tətbiq edərək və süni zəka imkanlarında yararlanaraq istehlakçılarına ən yaxşı istifadə təcrübəsini təmin edir.

Samsung QLED 8K haqqında əlavə məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.az, Soliton  və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər