Zeynəb Xanlarovanın bacısı oğlu həbs edildi

Sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.
1news.az APA-ya istinadla xəbər verir ki, D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.
Nəsimi rayon Məhkəməsində Daşqın Nəsirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Hakim Solmaz Musatafayevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və D. Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlər satıb.
O bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.
D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, əzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.
1news.az