Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib

14:24 - 28 / 12 / 2020
Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib

Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün Salyan rayonunun Babazənan yaşayış massivində baş verib.

Babazənan sakini, 1968-ci il təvəllüdlü Məzahim Qurbanov ailə münaqişəsi zəminində odlu silahla 25 yaşlı qızı Rəvanə Qurbanovanı qətlə yetirib.

Daha sonra M.Qurbanov özünü də odlu silahla öldürüb. Hadisənin təfərrüatları araşdırılır.

Faktla bağlı Slayan rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

S.Xankişiyeva

 

 

 

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər