Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu tarixdə başlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu tarixdə başlayacaq

15:35 - 29 / 12 / 2020
Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu tarixdə başlayacaq

“Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar. Azərbaycanda vaksinasiyanın gələn ilin yanvar ayının əvvəlindən etibarən başlanmasını gözləyirik”.

1news.az “Report”-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, Azərbaycanda peyvənd pulsuz vurulacaq.

Qeyd edək ki, Çin istehsalı olan “Sinovac” peyvəndi dekabrın 30-da İstanbula, 31-də isə Ankaraya çatdırılacaq.

1news.az

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər