Dilqəm Əsgərov 6 il sonra evində - FOTO

Dekabrın 14-də erməni girovluğundan azad edilmiş Dilqəm Əsgərovun karantin müddəti başa çatıb.
1news.az xəbər verir ki, Dilqəm Əsgərov artıq evindədir. Onun oğlu Kürdoğlu Əsgərovla fotosu yayılıb.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa həbsxanasında saxlanılırdı. Müharibənin sonlarına doğru Dilqəm Əsgərov və Şahbaz Quliyev Dağlıq Qarabağdan Ermənistana köçürülmüşdü.
Qafar Ağayev